Azərbaycan Premyer Liqasına günü-gündən maraq azalır
05.04.2011 - 10:44
Azərbaycan Premyer Liqasına maraq günü-gündən azalır. Apasport.az saytının məlumatına görə, final mərhələsinin başlaması ilə tamaşaçı sayında eniş qeydə alınıb. Statistika göstərir ki, təsnifat mərhələsinin oyunlarına maraq daha böyük idi. Düzdür, ilk “altılıq”dakı orta tamaşaçı sayı təsnifat mərhələsindən az qala 50 faiz çoxdur. Lakin əksər oyunlarının az qala formal xarakter daşıdığı 2-ci “altılığ”ın hesabına maraq aşağı düşüb.
Mərhələ | tamaşaçı | oyun | orta |
Təsnifat mərhələsi | 301840 | 132 | 2286 |
İlk “altılıq” | 30050 | 9 | 3338 |
2-ci “altılıq” | 9100 | 9 | 1011 |
Final mərhələsi, cəmi | 39150 | 18 | 2175 |
Mövsüm, cəmi | 340990 | 150 | 2273 |
- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0