Samir Əliyev: I divizionda oynamaqdansa, futbolu atmaq yaxşıdır
05.04.2011 - 11:20
“Son 2 oyunda meydana çıxmamağım zədə ilə bağlıdır. “Muğan”la görüşdə əzələmi dartmışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun kapitanı Samir Əliyev deyib.
Karyerasının son illərində zədədən əziyyət çəkən təcrübəli hücumçu yenidən bu problemlə üzləşib: “Əslində, sağalmışdım. Ancaq “Neftçi” ilə yoxlama matçında zədə öz sözünü yenə dedi. Gərək, həmin qarşılaşmaya çıxmayaydım. Mənə yoldaşlıq görüşündə oynamağa heç kim məcbur etməmişdi. Öz istəyimlə oldu, nəticə də belə alındı. İndi sağalmışam, məşq edirəm. Amma növbəti turda MOİK-lə görüşdə meydana çıxacağım hələ bilinmir”.
Əliyevin kənarda qalması karyerasında əlamətdar olayı qeyd etməyə imkan vermir. Bu, milli çempionatımızda 250-ci oyununu keçirməsi ilə bağlıdır ki, hər futbolçuya belə yubileyi yaşamaq qismət olmur. Ancaq Samir hesabında 249 oyun olmasından xəbərsizdir: “Doğrudan 250-ci oyunumu keçirəcəyəm? Açığı, bunu bilmirdim, sizdən eşidirəm. Səmimi deyirəm, özümlə bağlı statistik göstəricilərə fikir vermirəm. Yalnız onu bilirəm ki, çempionatda deyəsən 86 qol vurmuşam. 100-ə çatdırsaydıq, futbolla qurtarardıq. Əlbəttə, qismət olsa, zədələr imkan versə, buna nail ola bilərəm. Tam sağalmamış meydana çıxırsan, sonra bunun əziyyətini çəkirsən. Nəticədə heç nədən yoxlama oyununda zədələndim. Buna görə “Turan”la görüşümüz Premyer Liqada qalmaq baxımından nə qədər vacib olsa da, oynamağı lazım bilmədim. Məndən meydana çıxmağımı soruşduqda, bunun məqsədəuyğun olmadığını dedim. Zədən, yaran sağalmamış, meydana çıxıb, 10 dəqiqə oynamağın nə mənası var ki?”
Kapitan komandasının I diviziona düşəcəyi ilə artıq barışıb: “Turan”a məğlubiyyətdən sonra güclülər dəstəsində qalmağımız çox çətindir. Gərək qalan bütün oyunlarımızı, “Turan”a Tovuzda, “Qəbələ”yə hər iki görüşdə, “Muğan”a səfərdə qalib gələk. Bu isə ağırdır. Mövsümün sonunda “Simurq”dan gedəcəyim yüz faizdir. I divizionda oynamaqdansa, futbolu atmaq yaxşıdır”.
Qeyd edək ki, Əliyev milli çempionatda 84 qol vurub və bunun 3-ə cari mövsümdə oynadığı “Simurq”da imza atıb.
Mehman SÜLEYMANOV

0
0