Elnur Allahverdiyev: Həyatda gərək nə isə qurban verəsən
05.04.2011 - 13:37
“Zədəm çox ciddidir. “Bakı” ilə oyuna da iynə hesabına çıxmışdım. Çünki komandama kömək etmək istəyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.
Zədə səbəbindən millinin ötən həftə Belçika ilə keçirdiyi oyun öncəsi müalicə olunmaq üçün klubun düşərgəsinə göndərilən futbolçunun “Bakı” ilə matça çıxmayacağı deyilsə də, Allahverdiyev start heyətində yer almışdı. Futbolçu hətta epizodların birində qol vurmağa yaxın olsa da, qapı dirəyi buna mane oldu.
Meydana iynə gücünə çıxan müdafiəçi ağrıların indi də davam etdiyini, müalicə üçün isə zamana ehtiyac olduğunu bildirib: “Ağrılarım indi də var. Bu cür meydana çıxmağım heç də xeyrimə deyil. Əslində, zədəmi tam sağaltmalıyam. Ancaq çempionluq uğrunda mübarizə apardığımız üçün oynamaq istəyirəm”.
Həkim müayinəsindən keçən Allahverdiyev zədənin tam sağalması üçün ay yarım vaxtın gərəkliyini, bunun isə mövsümün bitməsi demək olduğunu qeyd edib. Məhz buna görə də iynə hesabına da olsa, Elnur son qədər komandasına kömək etmək istəyir: “Müalicəmi davam etdirsəm, ay yarım, iki ay vaxt aparacaq. Bu isə çempionatın başa çatması deməkdir. Düzdür, indiki məqamda özümə ziyan edirəm. Ancaq həyatda gərək nə isə qurban verəsən. Mövsümün sonuna qədər oynayıb, istirahət vaxtı bir şey fikirləşərik”.
Liderlə xal fərqinin 6-ya yüksəlməsinə baxmayaraq, Elnur hələ çempion olacaqlarına inamını itirməyib: “Fərq artsa da, çempion biz olacağıq. Qarşıda 7 tur var. Bu fərqi aradan qaldıracağıq. Bu futboldur, inanmaq və mübarizə aparmaq lazımdır”.

0
0