“Neftçi” – “Qarabağ” – 163:152
05.04.2011 - 13:51
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Yaşar Abuzərov “Gəncə” ilə qarşılaşmadan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimələnib.
MOİK 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəməli olacaq. Oyunun 80-ci dəqiqəsində “Muğan”ın futbolçusu Anhel Qutyerres simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
“Neftçi” – “Qarabağ” oyununun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Belə ki, “Qarabağ” və “Neftçi” azarkeşləri tərəfindən müvafiq olaraq 152 və 163 oturacağın sındırıldığı aşkar edilib. Bu səbəbdən də hər iki klub dəymiş zərərə uyğun olaraq Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Əvəzedici və I divizionda baş verənləri xoşagəlməz olaylara da hüquqi qiymət verən NİK ən ağır cəzanı “Bakılı”ya verib. Belə ki, “Bakılı” klubunun inzibatçısı “MKT-Araz”la oyun bitəndən sonra Babək Mahmudov baş hakim Ramil Diniyevə fiziki təsir göstərdiyinə görə 12 oyunluq cəzalanıb, klub 600 manat cərimələnib.
“Bakılı” MKT-Araz”ın heyətində çıxış edən 2 futbolçu barədə İK-ya etiraz məktubu ünvanlayaraq, onlara qarşı matçlarda iştirak edə bilməyəcəklərini göstərib. Qurum bu faktla əlaqədar araşdırma apararaq, etirazın əsasız olması barədə qərar qəbul edib.

0
0