“Neftçi”nin çempionluq məsələsi 80 faiz həll olunub”
05.04.2011 - 15:02
“Neftçi”nin çempionluq məsələsi 80 faiz həll olunub”
“Neftçi” ilə görüşdə zədəm məni narahat etmədi. Ancaq 4 ay yaşıl meydandan kənarda qalmaq asan deyil. Əvvəlki formamı bərpa etməliyəm. Bu səbəbdən də çox çalışmalıyam”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Zədə səbəbindən bir müddətdir müalicə olunan Medvedev əvvəlcə “Beşiktaş”ın həkimlərinə müraciət etsə də, onlar düzgün müalicə aparmamışdılar. Bundan sonra klub rəhbərliyi futbolçunu Almaniyaya göndərməyi qərara aldı.

Məhz bundan sonra zədəsini sağaldan futbolçu sonuncu turda meydana çıxıb. Oyuna ciddi hazırlaşmasına baxmayaraq, Medvedev bir qədər də məşq etməyin lazım olduğunu düşünür: “Oyunda hiss etdim ki, tez yoruluram. Artıq 70-ci dəqiqədən sonra ayaqlarım yerimirdi. Burda meydan amilini də unutmaq olmaz. Qazon çox ağır idi. “Neftçi”ni udmaq istəyirdik. Vacib oyun idi. Ancaq futbolda belə şeylər də olur”.

Medvedev bildirib ki, bundan sonra “Neftçi”nin işi asanlaşıb: “7 xal fərqimiz var. “Neftçi”nin çempionluq məsələsi 80 faiz həll olunub. İnanmıram ki, onlar qarşıdakı oyunlarda asan məğlub olsunlar. Biz gələn tur “Xəzər Lənkəran”la qarşılaşacağıq. Necə olacağını bilmirik”.