“Aston Villa” Kamran Ağayevin transferində tələsmir
05.04.2011 - 15:15
“Aston Villa” Kamran Ağayevin transferində tələsmir
İngiltərənin “Aston Villa” klubu Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi transfer etməyə tələsmir. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın kapitanı ilə hələ qış fasiləsində maraqlanan britaniyalılar hələlik bu məsələdə gözləmə mövqeyi tutublar.

Birminhem təmsilçisinin rəhbərliyi yeni qapıçı məsələsinə yenidən qayıtmazdan əvvəl indiki qolkiperləri ilə müqaviləni uzatmağı lazım bilib. Belə ki, “Aston Villa” 40 yaşlı amerikalı Bred Fridellə yeni anlaşmanın detallarının müzakirəsinə başlayıb. Müqaviləsi bu yay başa çatacaq qapıçının ən azı daha 1 il İngiltərədə qalacağı gözlənilir.