Əfsanəvi qapıçı “Xəzər Lənkəran”ın sabiq futbolçusuna dərs keçir
05.04.2011 - 15:39
Əfsanəvi qapıçı “Xəzər Lənkəran”ın sabiq futbolçusuna dərs keçir
Belarusun paytaxtı Minskdə “Pro” kateqoriyalı məşqçi kursları keçirilir. Apasport.az saytının məlumatına görə, tədbirə ekspert kimi İrlandiya millisinin əfsanəvi qapıçısı Pat Bonner də dəvət olunub.

1990 və 1994-cü illərdə keçirilən dünya çempionatlarında çıxış etmiş veteranın dərs keçdiyi 13 məşqçi arasında Azərbaycan çempionatının iştirakçısı da var. Bu, “Xəzər Lənkəran” klubunun sabiq müdafiəçisi İqor Kovaleviçdir.

Hazırda “Naftan” klubunun baş məşqçisi olan Kovaleviç 2004/05 mövsümündə “Xəzər Lənkəran”ın heyətində 16 çempionat matçına çıxıb.