Milanda sensasiya, Madriddə darmadağın!
06.04.2011 - 00:33
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının xəbərinə görə, məhsuldarlığı ilə diqqət çəkən ilk oyun gününün hər iki görüşündə böyük hesablı qələbələr qeydə alınıb.
“Real”ın öz meydanında “Tottenhem”i məğlub edəcəyi proqnozlaşdırılsa da, ingilislərin darmadağınla üzləşəcəyi gözlənilməz olub. Madrid təmsilçisi 4 cavabsız qolla qalib gəldiyindən, onların yarımfinala çıxacağı şübhə doğurmur. İspanların heyətində dubl edən Adebayor hər iki qolunu başla vurubsa, digər qollara Di Mariya və Ronaldo imza atıb.
Milanda baş tutan qarşılaşmada isə əsl sensasiya qeydə alınıb. “Şalke”ni qəbul edən “İnter” 1-ci dəqiqədə qol vursa da. vurulan erkən qol italiyalılara baha başa gəlib. Belə ki, almanlar heç kimin gözləmədiyi halda “İnter”i 5 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
5 aprel
“Real” (İspaniya) – “Tottenhem” (İngiltərə) - 4:0
QOLLAR: Adebayor, 5; 57; Anhel di Mariya, 72; Ronaldo, 88
QIRMIZI VƏRƏQƏ: Krauç, 14
“İnter” (İtaliya) – “Şalke” (Almaniya) - 2:5
QOLLAR: Stankoviç, 1; Milito, 34 - Matip, 17; Edu, 40; 75; Raul, 53; Ranokkya, 57 (avtoqol)
QIRMIZI VƏRƏQƏ: Kivu, 61

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0