Milli komandamıza 20 futbolçu çağırıldı
05.04.2011 - 16:54
Milli komandamıza 20 futbolçu çağırıldı
Aprelin 6-dan 10-dək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli komandanın baş məşqçisi Təbriz Həsənov Bakıda baş tutacaq hazırlığa 20 futbolçu cəlb edib.

O, toplanışda Ramin Şirinov, Emil Həşimov (hər ikisi “Qarabağ”), Kənan Manafov, Əyyub Əliyev, Vahid Quliyev (hər üçü “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov, (hər üçü “Qəbələ”), Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev Fuad İslamzadə (hamısı “İnter”), İsmayıl İsmayılov (“Lokomotiv”, Rusiya), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Yusif Bağırov, Polad Mirzəzadə (hər ikisi “Bakı”), Xəlil Əhmədov (ROİL), Şamil Camaləddinov (“Rubin”, Rusiya), Orxan Əliyev (“Elektroavtomatik” Stavropol, Rusiya) və Ruslan Nəsirlinin (“Maşuk-KMV” Pyatiqorsk, Rusiya) hazırlığı ilə tanış olacaq.