Çempionluq hesabları: Qızıl medallar “Neftçi”yə çatacaq
05.04.2011 - 23:05
Premyer Liqanın XXV turu çempionluq yarışı baxımından önəmli oldu. Ötən həftə qeydə alınan nəticələrdən sonra müəyyənləşdi ki, qızıl medallar uğrunda 3 komanda - "Neftçi", "Xəzər-Lənkəran" və "Qarabağ" mübarizə aparacaq.
Doğrudur, nəzəri cəhətdən AZAL və "İnter"in də mövsümü zirvədə bitirməsi mümkündür. Amma bunu reallaşdırmaq çətin məsələdir. "Bankirlər" ötən bazar "təyyarəçilər"ə yenilməklə, çempion titulu ilə vidalaşacaqları yönündə siqnal vermiş oldular. Hər halda, indi "İnter" liderdən 14, AZAL isə 13 xal geri qalır. Bu fərqin aradan götürüləcəyi isə ağılabatan deyil.
Çempionluq şansını itirən "Bakı" ən yaxşı halda 3-cü yerə gözünü dikə bilər. Lakin hazırkı durumda "bürünc" belə "zolaqlılar" üçün əlçatmaz görünür. Elə ona görə də paytaxt klubu avrokuboka düşmək üçün bütün ümidini ölkə kubokuna bağlayıb.
Premyer Liqada cari mövsümün başa çatmasına 7 tur qalıb. Bu isə 21 xal deməkdi. Sözsüz ki, hazırda "üçlük"də qərarlaşan kollektivlərdən hansınınsa bundan sonra yüz faizlik nəticə göstərəcəyi inandırıcı görünmür. "Neftçi", "Xəzər-Lənkəran" və "Qarabağ"ın qarşıdakı həftələrdə xal itkisi ilə üzləşməsi demək olar ki, qaçılmazdı. Və heç kimə sirr deyil ki, çempionatın həlledici məqamında daha az büdrəyən komanda istəyinə çatacaq.
Qeyd etdiyimiz kimi, qızıl medallar uğrunda əsas mübarizə 3 kollektiv arasında gedəcək. Bəs kim daha şanslıdı? Hansı komanda "qızıl"a daha yaxındı? Gəlin, bu suallara birlikdə cavab tapmağa çalışaq.
Lider "Neftçi" rəqibləri ilə müqayisədə "qızıl"a daha yaxındı. Əvvəla, “ağ-qaralar” ən yaxın izləyicisini 6 xal qabaqlayır. Digər tərəfdən, "Xəzər-Lənkəran"la "Qarabağ"ın öz aralarında iki oyunu var və bu, bakılılar üçün böyük üstünlükdü. Çünki "Neftçi"nin ən yaxın izləyicilərindən ən azı biri xal itkisi ilə üzləşəcək.
Həftəsonu "İnter"in qonağı olacaq “Neftçi” növbəti turda AZAL-ı qəbul edəcək. Komandaların hazırkı durumlarını göz önünə alsaq, "ağ-qaralar"ın bu iki dueldən ən azı 4 xal toplamağa borclu olduğunu söyləməliyik. XXVIII turda "Bakı"nı qəbul edəcək "Neftçi"ni növbəti 2 həftədə yenidən AZAL və "İnter"lə sınaqlar gözləyir. Amma Arif Əsədovun komandası bu dəfə "bankirlər"i qonaq edib, AZAL-la səfərdə oynayacaq. "Ağ-qaralar" bu 3 qarşılaşmadan 7 xal toplasalar, taleləri öz əllərində olacaq.
"Neftçi" çempionatın son iki turunda əsas rəqibləri ilə üz-üzə gələcək. Əgər paytaxt klubu "Qarabağ"la səfərdə, "Xəzər-Lənkəran" ilə evdə ən azı heç-heçə etsə, 13 xal toplamış olacaq. Bu isə o deməkdi ki, “Neftçi” 68 xalla çempion ola bilər.
Liderin ən yaxın izləyicisi olan "Xəzər-Lənkəran"ın taleyi öz əlində deyil. Cənublular çempion olmaq üçün əvvəlcə "Neftçi" ilə aralarındakı 6 xallıq fərqi "əritməlidilər". Lakin bu, elə də asan məsələ deyil. Deyək ki, "Xəzər-Lənkəran" növbəti 7 turda uduzmadı. Lakin Mirça Rednikin yetirmələrinin bütün duellərdən qalib ayrılması da inandırıcı deyil. Fərz edək ki, lənkəranlılar "İnter", "Qarabağ" və "Neftçi" ilə səfər matçlarından "sülh"lə ayrılıb, evdə "Qarabağ", "İnter", AZAL və "Bakı"nı məğlub etdi. Belə olan halda, "Xəzər-Lənkəran" xalını yalnız 64-ə çatdıra bilər və "Neftçi"nin kölgəsində qalar.
"Qarabağ"ı da qarşıda ağır günlər gözləyir. Qurban Qurbanovun komandası qızıl medalları qazanmaq üçün rəqiblərinə meydan oxumalıdı. "Altılıq" sistemində hər xal qızıla bərabər olduğundan, sonadək amansız mübarizə gedəcək. Və "Qarabağ" çempion olmaq istəyirsə, rəqabətə davam gətirməlidi.
Ağdam təmsilçisini də əsas rəqibləri kimi qarşıda 4 ev və 3 səfər matçı gözləyir. Deyək ki, "Qarabağ"da qarşıdakı turlarda uduzmadı. Qurbanovun yetirmələri evdə "Xəzər-Lənkəran", "Bakı", "Neftçi" və "İnter"i məğlub edərək, qonaq meydanında "Bakı", "Xəzər-Lənkəran" və AZAL-la heç-heçə etdi. Bu da edir 15, yekun nəticədə isə 63 xal. Üstəlik, "Qarabağ"ın flaqmanı evdə məğlub edəcəyini fərz etsək, onda "Neftçi" çemionatı 66 xalla tamamlamış olur. Amma bu, flaqmana çatmaq üçün yetərli deyil.
ŞAMO, “Ekspressfutbol” qəzeti

1 | Neftçi | 25 | 16 | 7 | 2 | 44-10 | 55 |
2 | Xəzər-Lənk. | 25 | 14 | 7 | 4 | 29-14 | 49 |
3 | Qarabağ | 25 | 15 | 3 | 7 | 33-16 | 48 |
4 | AZAL | 25 | 11 | 9 | 5 | 29-17 | 42 |
5 | İnter | 25 | 12 | 5 | 8 | 25-20 | 41 |
6 | Bakı | 25 | 9 | 8 | 8 | 29-23 | 35 |
ŞAMO, “Ekspressfutbol” qəzeti
0
0