Dmitri Kruqlov Modenaya yollanacaq
06.04.2011 - 08:47
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Modena şəhərinə yollanacaq. Apasport.az saytının məlumatına görə, estoniyalı sol cinah oyunçusunun daim çağırıldığı yığmanın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində İtaliya millisi ilə növbəti səfər oyununun keçirilmə yeri müəyyənləşib. İtaliya Futbol Federasiyası iyunun 3-dəki görüşün Modenada olmasına qərar verib. Oradakı stadion 21 min azarkeş tutur.
İtaliyanın son ev oyunu olan Serbiya ilə ötən il Genuyada keçirilən ev oyunun qonaqların azarkeşlərinin intizamsız davranışlarına görə yarımçıq dayandırılmışdı. Nəticədə UEFA serblərə 0:3 hesablı texniki məğlubiyyət vermişdi.
Qeyd edək ki, 2008-ci ilin yanvarından ölkəmizə gələn Kruqlov hazırda Premyer Liqamızın iştirakçısı olan yeganə estoniyalıdır.

0
0