Pitsurka “Xəzər Lənkəran”dan qovuldu
06.04.2011 - 09:01
“Xəzər Lənkəran” klubu heyətindəki çoxsaylı rumıniyalı futbolçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi Mirça Rednik həmyerlisi Aleks Pitsurkanı komandadan qovmağa qərar verib.
Buna hücumçunun qısa fasilə dövründə yollandığı vətənindən gec qayıtması səbəb olub. Aylıq maaşının 15 min avro olduğu iddia olunan Pitsurka 2 ay yarım düşərgəsində olduğu klubdan ayrılmaqda özü maraqlı imiş.
Belə ki, Azərbaycan mühitinə uyğunlaşmaqda çətinlik çəkən rumıniyalı “Xəzər Lənkəran”ın onunla müqaviləni pozmasını istəyirmiş. Bu üzdən də komandanın düşərgəsinə gecikib. 4 aylıq müqavilə üçün Aleksə ümumilikdə 60 min avro verməli olan lənkəranlılar onu bu məbləğin 75 faizi həcmində cərimələyərək klubdan da kənarlaşdırıb.
Artıq vətəninə qayıdan Pitsurka Buxarest “Dinamo”sunun heyətində məşq edir. Bu, daha çox onun atası Viktor Pitsurka ilə bağlıdır. Vətənində kifayət qədər məşhur olan çalışdırıcının yayda bu kluba baş məşqçi təyin olunacağı gözlənilir.

0
0