Ramiz Məmmədovun komandası “Mercedes”ə bənzədildi
06.04.2011 - 09:28
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubuna maraqlı ad verilib. Apasport.az saytının məlumatına görə, bu ölkənin yüksək liqasında “Atırau”ya rəqib olan “Kaysar”ın baş məşqçisi Alqimantas Lyubinskas diqqəti çəkən müqayisə aparıb. 8 il Litva yığmasını çalışdıran təcrübəli mütəxəssisin fikrincə, Məmmədovun komandası “Mersedes” markalı avtomobilə bənzəyir: “Biz “Atırau” ilə oyunda bütün yolları kəsdik və rəqibə heç bir şeyi etməyə imkan vermədik. Əlbəttə, “Atırau” çalışırdı, ancaq onlarda heç nə alınmadı. Bu, özünəməxsus yürüş idi. Onların “Mersedes”i bizim “Opel”ə qarşı heç bir şey ortaya qoya bilmədi”.
0
0