“İnter” titulunu əldən verir: Bu da 2-ci rüsvayçılıq
06.04.2011 - 09:42
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Almaniya təmsilçisi “Şalke”yə 2:5 hesabı ilə uduzan İtaliyanın “İnter” klubu avrokuboklar tarixində tarixində 2-ci dəfə biabırçılıqla üzləşib. Apasport.az saytının hesablamalarına görə, titulun hazırki sahibi öz meydanında 2-ci dəfə böyük hesabla məğlub olub. Milan təmsilçisi qitə miqyaslı turnirlərdə ilk belə rüsvayçılığı 2003/04 mövsümündə yaşamışdı. Həmin vaxt “San Siro” stadionunun qonağı olan İngiltərə “Arsenal”ı “İnter”i darmadağın etmişdi. “Topçular”ın top atəşi 5:1 hesabı ilə başa çatmışdı.
2003-cü il noyabrın 25-də baş tutan qarşılaşmadakı “İnter”in 2 üzvü – Xavyer Zanetti və İvan Kordoba yenə meydana çıxaraq qonaqlardan “5” alıb. 8 il əvvəlki darmadağının iştirakçısı olmuş Marko Materatsi yenə “neradzurra”nın sıralarında olsa da günlərini ehtiyatda keçirir. Maraqlıdır ki, hər 2 darmadağına Edu imzası yazılıb. “Arsenal”ın 1 qolunu Edu vurmuşdusa, “Şalke”də 2 qolu Edu vurub. Lakin onlar eyni futbolçu deyil, sadəcə adaşdırlar.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0