Berti Foqts qeyri-adi müqayisə obyekti oldu
06.04.2011 - 11:20
Berti Foqts qeyri-adi müqayisə obyekti oldu
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts qeyri-adi müqayisə obyekti olub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis tanınmış avstriyalı tennisçi Tomas Musterlə müqayisə edilib.

Bunu isə Avstriya futbolunun əfsanəsi Toni Polster edib. Tennislə maraqlanan Polster həmyerlisinin sürətinə həsəd aparırmış: “Son vaxtlar Avstriya tennisində həqiqətən partlayışdır! Bu, avstriyalılar üçün yetərincə qeyri-adidir. Belə inkişaf məni də ruhlandırdı. Mənim özlərini sənətlərinə həsr edənlərə böyük hörmətim var. Musteri sürətinə görə Berti Foqtsla müqayisə etmək olar. Onlar qırıcı kimi idilər!”

Qeyd edək ki, artıq xeyli müddətdir karyerasını bitirən 44 yaşlı Musterin ən böyük uğuru 1995-ci ildə Fransa açıq çempionatının qalibi olmasıdır.