“Xəzər Lənkəran” təkzib edir: Aleks Pitsurka icazə ilə gedib
06.04.2011 - 12:08
“Xəzər Lənkəran” təkzib edir: Aleks Pitsurka icazə ilə gedib
“Xəzər Lənkəran” klubunun Aleks Pitsurka ilə müqaviləsinin pozulması haqda Rumıniya mətbuatında yazılanlar həqiqəti əks etdirmir. Bu haqda məlumat apasport.az saytına komandanın mətbuat xidmətindən verilib.

Klub rəsmiləri rumıniyalının müqavilə ilə hələ də “Xəzər Lənkəran”a məxsus olduğunu və yaxın günlərdə düşərgəyə qayıdacağını bildiriblər: “Birincisi, biz heç kimə avro ilə maaş vermirik. İkincisi, orada 15 min yazılıb ki, bizdə bu qədər yüksək maaş verilmir. O, məşqə çıxmadığı üçün cərimələnib. Lakin söhbət 75 faizdən gedə bilməz. Hazırda futbolçunun Rumıniyada olması isə icazə alması ilə bağlıdır. Ailə və ya nə isə qız problemi yaranmışdı. Rumıniyadan qayıdıb icazə istədi və məsələni həll etmək üçün getdi”.

Qeyd edək ki, Rumıniya mətbuatında 4 aylıq müqavilə üzrə ayda 15 min avro alan Pitsurkanın maaşının 75 faizi məbləğində cərimə olunduğu və bununla razılaşmayan hücumçu ilə müqavilənin pozulduğu iddia edilirdi.