Get, Foqts!
06.04.2011 - 12:29
Azərbaycan millisinin Belçika yığmasına 1:4 hesablı məğlubiyyətindən sonra futbol ictimaiyyətini bir sual düşündürür. Bu da baş məşqçi Berti Foqtsun komandamızdakı gələcək taleyidir. Bəziləri onun gedişini istəsə də, əks fikirdə olanlar da var.
Əslində, alman çalışdırıcını seçmə mərhələnin sonuna kimi, yəni müqaviləsi başa çatana qədər saxlamaq da olar. Onsuz da məşqçi dəyişikliyi ilə heç nə qazanmayacağıq. Heç kimə sirr deyil ki, 19 ildir baş məşqçiləri əlcək kimi dəyişən yığmamızın mövqeyi də dəyişməzdi – seçmə mərhələdə sonuncu 2 yerdən biri. Özü də sonuncu olmamaqdan ötrü ya Lixtenşteyn, ya da Qazaxıstan rəqiblərimizdən biri olmalıdır.
Müqayisə üçün hamımıza tanış olan bir sistemə baxaq. Hamımız əvvəl orta, sonra ali məktəbdə oxumuşuq. 3 və ya 4 il ibtidai, sonra yuxarı siniflərdə təhsil almışıq. Ardınca isə ali təhsil vaxtı çatıb. Təbii ki, bu illərdə bizə dərs keçənlər də 3 kateqoriyaya aiddir: ibtidai sinif müəllimləri, sonrakı müəllimlər və universitetlərdə çalışan dosent və professorlar.
Elə futbol aləmində də oxşar kateqoriyalar var. Almaniya yığmasına Avropa çempionluğu qazandıran, dünya çempionatının 1/4 finalında məşqçilik edən Foqts həmin universitet müəllimlərini xatırladır. Adı dünyanın ən yaxşı 100 komandası arasında nadir hallarda görünən Azərbaycan futbolçuları isə daha çox ibtidai sinif şagirdlərinə bənzəyir.
İndi nəticə çıxaraq: Biz ibtidai sinifdə oxuyanda universitet professorları sinfimizə girib, bizə nəsə öyrədə bilərdi? Əlbəttə yox. Barmaq hesabı, əlifba öyrənməli olduğumuz vaxt siyasi tarix, matris və ya çoxfəzalı müstəvilər haqda nə anlaya bilərdik?
Elə Foqts da həmin müəllim kimidir: Klinsmann, Matteus kimi ulduzlarla işləmiş bir məşqçi rəqib qapısına qol vurmağı necə öyrədə bilər? Axı universitetlərdə əlifba öyrətmirlər.
Əslində, ibtidai sinif və ali təhsil məktəblərinin müəllimlərini müqayisə etmək düzgün olmaz. Hansının daha üstün olması haqda fikir yürütmək də mənasızdır. Çünki onların hərəsinin öz işi var. Biri digərinin işini görə bilməz, yola verə bilər. Təbii ki, həmin keyfiyyət olmadan. Yəni Foqtsun da işi zəif – futbol anlayışı Avropa ilə ayaqlaşmayanlarla çalışmaq deyil.
Bu faktı da unutmayaq ki, braziliyalı sabiq yığma oyunçularımız Ernani Pereyra və Leandro Qomeş və onlar kimiləri çıxmaq şərtilə ölkəmizdən kənarda 1 dənə də legionerimiz yoxdur. Yalnız öz çempionatımızda oynamağı bacarırıqsa, ibtidai sinfi qurtara bilmirik. Ən yaxşılarımız Rəşad Sadıqovla Mahir Şükürov qitənin ortabab çempionatlarının ortabab komandasındakı rəqabətə tab gətirmirsə, “universitet müəllimi” onlara əlifba öyrədəsi deyil ki...
Bir sözlə, get, Foqts! Get, Bundesliqa və ya II Bundesliqa adlı “universitet”lərdə çalış. İbtidai sinif sənlik deyil. Qoy, ibtidai sinifdə qurbanlar, ariflər, vaqiflər, əsgərlər çalışsın...

0
0