“Qarabağ”ın məşqçisi “Şaxtyor”un düşərgəsində gördüklərini danışdı
06.04.2011 - 12:47
Ukraynanın “Şaxtyor” klubunun 75 illik yubileyi ilə bağlı keçirdiyi məşqçi konqresində Azərbaycanı təmsil edən mütəxəssisin adı məlum olub. Apasport.az saytının məlumatına görə, məşhur “Barselona” (İspaniya), “Ayaks” (Hollandiya), “İnter” (İtaliya) kimi klubların uşaq məşqçilərinin də qatıldığı tədbirdə Ağdamın “Qarabağ” komandasının məşqçisi Çudomir Çakarov da iştirak edib. Bolqar mütəxəssis 2 günlük konqres haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Qeyd etdiyiniz kimi, seminarı “Şaxtyor” təşkil etmişdi. Ev sahibləri ilə yanaşı, “Ayaks”, “Barselona” və “İnter”in nümayəndələri də uşaq-gənc futbolun inkişaf konsepsiyaları haqqında məruzə etdilər. Faydalı müzakirələr edildi. Konfrans 2 hissədən ibarət idi. İlk olaraq səhərlər nəzəri məşğələlər keçirilirdi. Adını qeyd etdiyimiz klub nümayəndələri seminarı aparırdılar. Axşam isə seminarda iştirak edənlər məşq keçir və sonra da hazırlığı müzakirə edirdilər. Məşqləri “Şaxtyor”un aşağı yaş qruplarında edirdik. Donetsk və ətrafında “Şaxtyor”un 7 filialı və onlarla məktəbi fəaliyyət göstərir. Konfransda “Şaxtyor”un 60 məşqçisi ilə yanaşı, başqa ölkələrdən eyni sayda başqa ölkə nümayəndələri vardı. Azərbaycandan sadəcə, “Qarabağ”ın nümayəndəsi var idi. Tədbirlə bağlı təəssüratlarım olduqca müsbətdir. Futbol fəlsəfəsi haqqında edilən müzakirələr, inkişaf metodologiyası haqqında söhbətlərin olduqca effektli alındığını düşünürəm. Xüsusilə, “Şaxtyor”un dünya klubu olması yönündə atdığı addımları təqdirəlayiqdir”.

0
0