“Əvvəl-axır bu işlə məşğul olmalı idim”
06.04.2011 - 13:18
“Artıq məşqçi kimi də çalışıram. Ancaq futbolçu kimi karyeramı bitirməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakılı”nın müdafiəçisi İlham Yadullayev deyib.
Futbolçu kimi MOİK, “Neftçi”, “Gəncə” və “Karvan” kimi klubların formasını geyinən futbolçu hazırda birinci divizionda mübarizə aparan “Bakılı”nın uğurları üçün tər tökür. Karyerasının qürub çağlarını yaşayan təcrübəli müdafiəçi gələcəkdə hansı işlə məşğul olacağını da müəyyənləşdirib.
Belə ki, Yadullayev futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayacaq. O, bu sahədə artıq ilk addımlarını atıb: “Əvvəl-axır başlamalıydıq. Qismət bu günə imiş”.
Uşaqlarla işləməyin maraqlı olduğunu da qeyd edən futbolçunun əsas işi bu sahədə yenicə addımlayan uşaqlara texniki məşqlər keçməkdir: “Uşaqların psixologiyası, futbola marağı fərqlidir. Əsas işim seleksiya xarakterlidir. Klublardan istedadlı uşaqları bir yerə toplayıb, texniki məşqlər keçirik. Yəni, topla düzgün davranış, topa düzgün vuruş, düzgün mövqe seçmək və s. bura daxildir”.

0
0