“Coca-Cola” Runiyə arxa çevirdi
06.04.2011 - 13:32
Ölkə çempionatının “Vest Hem”lə qarşılaşmasından sonra səsləndirdiyi təhqiramiz ifadələr İngiltərə millisinin futbolçusu Ueyn Runiyə baha başa gələcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqa matçından sonra kameraya xoşagəlməz sözlər deyən hücumçu federasiya tərəfindən cəzalanmaqla yaxasını qurtara bilməyib.
Belə ki, futbolçu ilə fərdi reklam müqaviləsi olan məşhur “Coca-Cola” şirkəti onunla əməkdaşlığa son qoymaq qərarına gəlib. Sərinləşdirici içkilər bazarının liderlərindən olan şirkət ilin sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını açıqlayıb.

0
0