Dünyanın ən yaxşı futbol azarkeşi - FOTO
07.04.2011 - 10:41
Dünyanın ən yaxşı futbol azarkeşi - FOTO
İngiltərəli futbol azarkeşi Brayan Bak bu idman növünün tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 55 ildir ürəyini futbola verən britaniyalı həyatında 10000-ci oyunu canlı izləyib. Həyatı boyu 3000-dən artıq stadionda olmuş Bak bütün bu matçları arenada canlı izləyib.

Ricens liqasında keçirilən CRC – “Brantam” görüşü Brayan üçün yubiley – 10 minimci olub. Bu oyun Kembricin “Ebbi” stadionunda baş tutub. 1956-ci ildə azarkeş kimi ilk dəfə stadiona gedən bak məhz bu arenadakı “Kembric Yunayted” – “Kolçester” görüşünü izləmişdi. Həmin vaxt azarkeşin cəmi 4 yaşı var idi.

“Tottenhem”ə azarkeşlik edən Bak bu rəqəmi ən azı 15 minə, imkan olsa 20 minə çatdıramq niyyətindədir.