Biri paytaxtda, biri əyalətdə: Suraxanıda yalnız qələbənin yeri var!
08.04.2011 - 10:44
Biri paytaxtda, biri əyalətdə: Suraxanıda yalnız qələbənin yeri var!
Sabah Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk “altılıq”dakı oyunlar paytaxtda, ikinci “altılıq”dakı görüşlər əyalətdə keçiriləcək. Günün mərkəzi oyunu bazar günü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda olacaq. Çempionluq uğrunda mübarizə aparan, turnir cədvəlində qonşu olan “Qarabağ”la “Xəzər Lənkəran”ın görüşü maraqla gözlənilir. Bu oyundakı nəticəni qızıl medallar uğrunda mübarizədə həlledici saymaq olar. Çünki uduzan komanda çempionluq şanslarını xeyli azaldacaq. Onu da nəzərə alaq ki, “Neftçi”nin bu il daxili yarışlarda zəif təsir bağışlayan “İnter”ə qalib gəlmək şansı böyükdür. Bu halda liderdən daha çox geridə qalacaq izləyicisi qızıl medallardan əlini üzə bilər. Ona görə də bərabərliyi də “Qarabağ”la “Xəzər Lənkəran” üçün məğlubiyyətə bərabər nəticə saymaq olar.

“Şəfa” stadionunda son çempionla cari mövsümdə buna ən real namizəd görüşəcək. “İnter” Premyer Liqamızda son 4 oyunda qələbə üzünə həsrət qalaraq, itirdiyi xallarla titulunu qoruya bilməyəcəyi ilə artıq barışıb. Ancaq “İnter”in mükafatçılar sırasına, Avroliqaya düşmək şansı realdır ki, bunun üçün xal ehtiyatını artırmaq lazımdır. Bu mənada “Neftçi” ilə oyunda qələbə həm də özünəinamı qaytarmaq baxımından çox vacibdir.

Tura yeni açılan stadionunda yekun vurulacaq. AZAL-ın Şüvəlan qəsəbəsində inşa etdirdiyi, UEFA tərəfindən qəbul edilən eyniadlı arenasının açılışını edəcək. Bu, son kubokun sahibi olan “Bakı” ilə oyunda olacaq. Təbii ki, AZAL bu tarixi gündə azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. “Bakı” isə yeni stadionda ilk qalib gələn komanda kimi tarixə düşməyə çalışacaq. Üstəlik, “zolaqlılar”ın cari mövsümdə “təyyarəçilər”i yenə bilməməyi buna daha çox zəmin yaradır.

Zaqatalada turnir cədvəlində son pillələri tutaraq, I divizionda düşmələri ən real olan “Simurq”la MOİK üzləşəcək. Mehman Allahverdiyev uzun fasilədən sonra doğma gəncəli azarkeşlər qarşısına çıxacaq. “Altılıq”da hələ ki yüz faizli nəticə göstərən yeganə komanda olan “Turan” bu seriyanı “Qəbələ” ilə ev oyununda davam etdirməyə çalışacaq.

9 aprel
15:00. “Simurq” – MOİK
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:0, 1:1

15:00. “Turan” – “Qəbələ”
Tovuz. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0

17:00. “İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:2, 1:1

10 aprel
15:00. “Gəncə” – “Muğan”
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 3:0

16:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 2:1

18:00. AZAL – “Bakı”
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Təsnifat mərhələsindəki oyunlar – 3:2, 0:0

Turnir cədvəli

1

Neftçi

25

16

7

2

44-10

55

2

Xəzər L

25

14

7

4

29-14

49

3

Qarabağ

25

15

3

7

33-16

48

4

AZAL

25

11

9

5

29-17

42

5

İnter

25

12

5

8

25-20

41

6

Bakı

25

9

8

8

29-23

35

7

Qəbələ

25

9

9

7

23-17

36

8

Muğan

25

8

7

10

18-26

31

9

Gəncə

25

5

10

10

24-30

25

10

Turan

25

6

6

13

20-35

24

11

Simurq

25

3

6

16

14-38

15

12

MOİK

25

1

5

19

7-49

8


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15