AFFA-nın Təşkilat Komitəsi iclasını keçirdi
08.04.2011 - 17:41
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirin Təşkilat Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək əlamətdar yubileylə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Təşkilat Komitəsinin üzvləri Çingiz İsmayılov, Ələkbər Məmmədov, Rüstəm Rəhimov, İsgəndər Cavadov və başqaları çıxışlarında təkliflərini bildiriblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0