Azərbaycan ordusuna həsr olunan qələbə
09.04.2011 - 16:52
Azərbaycan ordusuna həsr olunan qələbə
"Maraqlı qarşılaşma oldu, gərgin mübarizənin şahidi olduq. Buraya 3 xal üçün gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XXVI turunun “Simurq”la oyunu haqda fikirlərini açıqlayıb: “Qalib gəlməyə layiq idik. Vaxtında qolumuzu vurduq, ikinci topdan sonra üstünlük əldə etdik. Qələbəyə görə şadam, komandamı təbrik edirəm. Bu qələbəni Azərbaycan ordusuna həsr edirik".

Qeyd edək ki, 25 oyundur qələbə qazanmayan MOİK rəqibini 2:1 hesabı ilə məğlub edib.