Yeni stadion Pemaya düşərli olmadı
10.04.2011 - 21:21
Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində bu gün “Bakı” ilə qarşılaşan AZAL minimal hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, yeni arenadakı ilk qələbə “təyyarəçilər”ə asan başa gəlməyib. Belə ki, Nazim Süleymanov əsas cinah yarımmüdafiəçilərindən olan Eleandro Pemanı itirib. Görüşün 26-cı dəqiqəsində Marko Şarliya ilə mübarizə zamanı zədələnərək yerdə qalan futbolçu oyunu davam etdirə bilməyib. Həkim müdaxiləsindən sonra Pema təcili tibbi yardım maşını ilə Mərkəzi Klinik Xəstəxanaya qaldırılıb. Futbolçunun çiyni yerindən çıxıb. Süleymanov onun cərrahiyyə əməliyyatı olunacağını istisna etmədi.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0