Yığmamızın sabiq futbolçusu Superliqanın astanasında
11.04.2011 - 09:21
Yığmamızın sabiq futbolçusu Superliqanın astanasında
Türkiyə çempionatının aşağı dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatındakı yeganə Azərbaycan təmsilçisi Ernani Pereyranın çıxış etdiyi “Mersin İdman Yurdu” növbəti qələbəsini qazanıb. Yığmamızın sabiq milliləşən legionerinin komandası bu dəfə səfərdə “Akhisar Bələdiyyəsi”ni məğlub edib – 1:0. Braziliyalı müdafiəçi 90 dəqiqə meydanda olaraq 6 qiymətinə layiq görülüb.

Qeyd edək ki, 28 oyundan sonra hesabında 49 xal olan Mersin təmsilçisi birinci dəstədə 2-ci pillədə qərarlaşmaqla Superliqaya çıxmağa əsas namizədlərdəndir.