Asan gəzinti
11.04.2011 - 09:56
Asan gəzinti
Azərbaycan Premyer Liqasının XXVI turu “Qəbələ”nin “Turan” üzərində 3-cü qələbəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Toni Adamsın yetirmələri cari mövsümün hər 3 çempionat matçında rəqibini məğlub edib – 1:0, 1:0, 2:0. Bu, cari mövsümdə 3-cü belə haldır ki, 1 komanda digərindən 3 oyuna 9 xal alır.

Elə “Turan”ın özü üçün də belə asan “yem” olub. Qərblilər MOİK-i hər dəfə xalsız qoyub – 2:0, 2:0, 1:0. “Muğan” üçün isə “Simurq”dan asan rəqib yoxdur – 1:0, 1:0, 3:1. Maraqlıdır ki, hər 3 cütdə ilk 2 oyun eyni hesabla başa çatıb. Yəni 2 komanda 1, digəri isə 2 qollu qələbələrlə seriyaya start verib.

Qeyd edək ki, rəqibini hər 3 matçda məğlub edən bütün komandalar ikinci “altılığ”ı təmsil edir.