Nuqzar Kvirtiya: İlk dəfə idi bizi bu qədər azarkeş dəstəkləyirdi
11.04.2011 - 10:13
“Yeni stadionumuzda ilk oyunumuzu keçirdik. Buna görə də ancaq qələbə qazanmaq istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya deyib.
Premyer Liqanın XXVI turunda “Bakı” ilə qarşılaşan “təyyarəçilər” rəqibini yeni stadionunda qəbul edib. 2009-ci ildən tikintisinə başlanılan Şüvəlandakı AZAL stadionunda dünən ilk rəsmi oyun keçirilib. FİFA-nın iki ulduzlu sertifikatına layiq görülən arenadakı matçda “təyyarəçilər” qələbə qazanıb, görüşü izləməyə gələn azarkeşləri sevindirmək istəyirdi.
Belə ki, “Şəfa”dan fərqli, Şüvəlanda paytaxt təmsilçisi 2000 fanat dəstəkləyirdi. Həm buna, həm də yeni stadionda uğurlu start üçün Nazim Süleymanovun yetirmələri oyundan öncə qələbə andı içmişdilər. Sonda istədiklərinə çatdıqlarını qeyd edən gürcü yarımmüdafiəçi 3 xalın qazanılmasında azarkeşlərin zəhmətinin də böyük olduğunu vurğulayıb: “Azarkeşlərimiz çox möhtəşəm idilər. Onlar bizi sona qədər dəstəklədilər. İlk dəfə idi bizi oyun zamanı bu qədər azarkeş dəstəkləyirdi. Onları alqışlayıram”.
Stadionun ot örtüyünün də yaxşı vəziyyətdə olduğunu bildirən cinah yarımmüdafiəçisi qazona öyrəşdiklərini deyib: “Biz oyundan öncə burda məşq etmişdik. Ona görə də qazona öyrəşmişdik. Süni örtüyün daha yaxşı vəziyyətdə olduğunu qeyd edə bilərəm”.

0
0