Üçü məlum, biri naməlum
11.04.2011 - 14:25
Sabah UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirin son qalibi olan “İnter”in titulunu əldən verməsi Almaniyada rəsmiləşə bilər.
Düzdür, hələ 1/8 finalda “Bavariya”ya evdə məğlubiyyətdən sonra da belə deyilirdi. Ancaq “İnter” Münhendə bunun əvəzini çıxa bildi. Ancaq indi “Şalke”yə məğlubiyyət 0:1 yox, 2:5 olduğundan, əvəz çıxmaq - 4:0 hesabı ilə qalib gəlmək çətin məsələdir.
Yarımfinalda rəqib olacaq “Real”la “Barselona” da özlərini səfər oyunları öncəsi rahat hiss edə bilərlər. Çünki “Tottenhem”lə “Şaxtyor”un evdə 4 top fərqini aradan qaldıracağı inandırıcı görünmür.
Yalnız “Mançester Yunayted” – “Çelsi” cütündə mübarizənin sona kimi gərgin keçəcəyi gözlənilir. Düzdür, meydan sahibləri səfərdə qalib gəldiyindən, yarımfinala çıxmağa daha şanslıdır. Ancaq istənilən halda, “Çelsi” minimal fərqi aradan qaldırmaq üçün bütün gücünü qoyacaq və rəqibini keçməsi mümkün görünür.
12 aprel
“Mançester Yunayted” (İngiltərə) – “Çelsi” (İngiltərə)
İlk oyun – 1:0
“Şaxtyor” (Ukrayna) – “Barselona” (İspaniya)
İlk oyun – 1:5
13 aprel
“Tottenhem” (İngiltərə) – “Real” (İspaniya)
İlk oyun – 0:4
“Şalke” (Almaniya) – “İnter” (İtaliya)
İlk oyun – 5:2

0
0