Azərbaycan futbolçularından “sülhsevərlik”
11.04.2011 - 14:51
Azərbaycan milli komandaları növbəti yoxlama oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, 16 və 17 yaşadək futbolçulardan ibarət komandalar yerli klublarla matçlarda qüvvələrini sınayıb. Hər iki yığma bu qarşılaşmadan “sülh”lə ayrılıb.
17 yaşadək futbolçularımız Şağan Olimpiya İdman Kompleksinin stadionunda “Abşeron”un əvəzedici komandası ilə görüşdə 1 qol vurmağı bacarıb – 1:1. Təbriz Həsənovun yetirmələrindən Ruslan Nəsirli fərqlənib. Mərdəkandakı “Dalğa” stadionunda meydana çıxan 16 yaşadək futbolçulardan ibarət milli isə “Neftçi”nin U-17 komandası ilə qolsuz heç-heçə edib.
Mənbə: affa.az

- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0