Ramiz Məmmədovun kubokda debütü uğurlu oldu
13.04.2011 - 15:55
Ramiz Məmmədovun kubokda debütü uğurlu oldu
Azərbaycanlı məşqçi Ramiz Məmmədovun Qazaxıstanın kubokunda debütü uğurlu olub. Apasport.az saytının məlumatına görə, həmyerlimizin çalışdırdığı “Atırau” klubu bu gün kubokun 1/16 finalında səfərdə I divizion təmsilçisi “Astana-1964” komandasını 2:0 hesabı ilə məğlub edib. Qalib komanda artıq fasiləyədək qolları vuraraq, oyunun taleyini həll edib.

Qeyd edək ki, “Atırau” aprelin 20-də keçiriləcək 1/8 final oyununda MOİK – “Tobol” cütünün qalibi ilə görüşəcək. Komandalar arasında oyun 1:1 hesabı ilə nəticələnib və qalib oyun sonrası penaltilər seriyası ilə müəyyənləşib. Son çempion “Tobol” 4:3 hesabı ilə qalib gələrək, Məmmədovun komandasına rəqib olub.