“Elnur Allahverdiyevə kömək etmək lazımdır”
13.04.2011 - 16:40
“Elnur Allahverdiyevin “Xəzər Lənkəran”dan kənarlaşdırıldığını eşidəndə, çox pis oldum. Yaxşı futbolçudur, meydana komandasının uğuru üçün can yandırır. Tezliklə əsas heyətə dönməsini arzulayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışov deyib.
O, milli komandada çiyin-çiyinə oynadığı Allahverdiyevin əsas heyətdən kənarlaşdırılmasını gələcəkdə yığmaya mənfi təsir göstərəcəyini qeyd edib.
Millimiz isə Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 3-də səfərdə Qazaxıstanla, 4 gün sonra isə Bakıda Almaniya ilə qarşılaşacaq. Xal ehtiyatını artırmaq baxımından dəniz qonşumuzla oyun daha vacib əhəmiyyət kəsb edir.
Ancaq həmin görüşlərə yığmamız tam heyətlə çıxa bilməyəcək. Çünki “Anji”dən ayrılaraq “Qəbələ” ilə müqavilə imzalayan Mahir Şükürovla yanaşı, Allahverdiyev də klubunda əsas heyətdə meydana çıxmadığından oyun təcrübəsi baxımından əziyyət çəkəcək: “Elnur yığma üçün lazımlı oyunçudur. İndiki məqamda onun əsas heyətdən kənarda qalması böyük itkidir. Milli naminə həm Mahir Şükürova, həm də Elnur Allahverdiyevə kömək etmək lazımdır. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Həmin matçlara tam heyətlə çıxmalıyıq”.

0
0