Berti Foqts və futbolçular qocalar evində - FOTOSESSİYA
13.04.2011 - 16:55
Berti Foqts və futbolçular qocalar evində - FOTOSESSİYA
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts və futbolçular – Rəşad Sadıqov, Rail Məlikov, Ruslan Abışov, Araz Abdullayev, Rauf Əliyev və Əfran İsmayılov bu gün uşaq və qocalar evlərini ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, Bakı şəhəri 1 saylı Körpə Uşaq Evi, Müharibə və Əmək Əlilləri üçün Pansionat, Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün Xüsusi Ümumtəhsil Respublika İnternat Məktəbi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı və Suraxanı rayonu 7 saylı Xüsusi İnternat Məktəbində olan yığmanın futbolçuları AFFA-nın və milli komandanın hədiyyələrini təqdim ediblər.

AFFA-ya və milli komandanın üzvlərinə dərin minnətdarlığını bildirən uşaqlar, qocalar və əlillər yığmamıza uğurlar arzulayıblar.