Fatih Terim: Sizə indi dəqiq cavab verə bilmərəm
13.04.2011 - 17:02
Türkiyə yığmasının sabiq baş məşqçisi Fatih Terim “Atletiko” klubundan rəsmi təklif alıb. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin prezidenti Migel Angel Gil “İmperator”la görüşmək üçün İstanbula gəlib. 2 saatadək çəkən danışıqlarda Terimin menecerləri Mel Qoldberqlə italyan Moreno Roqqi də iştirak edib.
Türk mətbuatının yazdığına görə, Angel Terimə konkret təklif edib: “Növbəti mövsümdə İspaniya çempionluğuna oynayan güclü bir komanda qurmaq istəyirik. Komandanın başına karyeralı bir mütəxəssisin gətirilməsini istəyirik. Namizədlərimiz arasında siz də varsınız”.
İl yarımdır işsiz olan Terim üçün ispanların təklifi sürpriz olub: “Sizə indi dəqiq cavab verə bilmərəm. Ancaq bu mövzunu düşünməyim lazımdır”.
Qeyd edək ki, “Atletiko”nun baş məşqçi postuna 4 namizəd arasında ən tanınmışı bir müddət öncə “Beşiktaş”dan gedən almaniyalı Bernd Şusterdir.

0
0