18 günlük “Real” – “Barselona” tamaşasında ilk pərdə
16.04.2011 - 11:45
Bu gün bütün dünya futbol ictimaiyyətinin diqqəti Madridə yönələcək. Apasport.az saytının məlumatına görə, “Real”la “Barselona” arasında növbəti derbi “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Bakı vaxtilə saat 01:00-da başlayacaq “El Klassiko” İspaniyadan kənarda da futbol bayramı kimi qarşılanır. Daim prinsipiallığı ilə seçilən derbi iştirakçıları arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Bunun da səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır.
Əzəli rəqiblər arasındakı ilk oyun 1902-ci il fevralın 17-də olub. Hansı ki, həmin vaxt bu matç "El Klassiko" adlanmırdı. Yəni “El Klassiko” 109 illik tarixə malik rəqabətin 84 illik keçmişə malik varisidir. İndiyədək ümumilikdə 208 dəfə görüşən komandalardan "Real"ın 85, "Barsa"nın isə 82 qələbəsi var. Qalan 42 oyun bərabərliklə nəticələnib. Bu oyunlarda "Real" 340, "Barsa" 333 dəfə rəqib qapısına yol tapıb.
Klublar Primeroda 161 dəfə üz-üzə gəliblər ki, burda da "Real"ın üstünlüyü var. "Kral klubu" 68 matçdan 3 xalla ayrıldığı halda, "Barselona" 63 dəfə meydanı qələbə ilə tərk edib. 30 oyunda isə qalib müəyyənləşməyib. Qol hesabında da “Real” öndədir - 263:250. Ən böyük hesablı qələbə də onun hesabındadır. Madridlilər 1943-cü ildə İspaniya kuboku matçında "Barselona"nı 11:1 hesabı ilə məğlub edib.
Katalonların öyünə biləcəyi ən böyük qələbəsi isə 2 dəfə olub. Bunlar 1950-ci və ötən il, yəni son oyuna təsadüf edir. “Barsa” hər iki görüşdə 5 top fərqi ilə (7:2 və 5:0) qalib gəlib. Bununla da “Real”ın baş məşqçisi Joze Mourinyo vaxtilə tərcümə işlədiyi “Barselona” ilə yeni ampluada ilk görüşdə ağır zərbə alıb. Yeri gəlmişkən, portuqaliyalı mütəxəssis "Çelsi" və "İnter"in baş məşqçisi kimi "Barselona"nı məğlub etsə də, "Real"da katalonlarla sınağa 2-ci dəfə çıxır. Ancaq bu, qarşıdakı 18 gündə daha 3 dəfə olacaq. Çünki “Barselona” ilə “Real” aprelin 20-də İspaniya kubokunun finalında, daha sonra Çempionlar Liqasının (ÇL) yarımfinalında görüşəcək.
Ən maraqlı faktlardan biri odu ki, "Real" 1950-65-ci illərdə 16 mövsüm boyunca 16 matçda "Santyaqo Bernabeu"da katalonları “diz çökdürüb”. 1993-99-cu illərdə isə "Barsa" "Nou Kamp"da 7 mövsüm dalbadal "Real"ı məğlubiyyətə uğradıb. Bu müddətdə madridlilər cəmi 1 qol vura bilib.
Bir mövsümdə hər iki oyunu udmaqda yenə də "Real" öndədir. "Kral klubu" 13, rəqibi 10 mövsümdə hər iki görüşdə qalib gəlib. "El Klassiko"da qol səsi çıxmayan matçların sayı isə 8-dir. 2002/03 mövsümündən bu yana isə heç bir görüş qolsuz olmayıb.
"Real" və "Barselona" arasındakı oyunlara adətən ispan dueli kimi baxılsa da, komandalar az da olsa, avrokuboklarda da üz-üzə gəliblər. Bu "El Klassiko"larda "Real" 3, "Barsa" 1 qələbə qazanıb, 2 oyun heç-heçə bitib. Komandalar aprelin sonu-mayın əvvəlində ÇL-in yarımfinalında görüşəcəyindən, Avropada mübarizə yaxın vaxtda davam edəcək.
Oyunların tarixində bir sıra futbolçular var ki, onlar hər iki komandada "El Klassiko" iştirak ediblər. Həmin futbolçulardan sayı 33-dür ki, bunlardan 12-si "Real"dan "Barsa"ya, 21-i isə əksinə keçib. Bu futbolçuların arasında "Beşiktaş"la "Qalatasaray"ın sabiq baş məşqçiləri Bernd Şusterlə George Hacı, habelə Luis Fiqu, Luis Enrike, Xavyer Saviola, Samuel Eto’O, Ronaldo kimi tanınmış futbolçular var.
Derbidə rəqib qapılarına ən çox yol tapan futbolçu "Real"lıdır. Söhbət argentinalı futbolçu Alfredo Di Stefanodan gedir ki, hücumçu "Barselona"ya 18 qol vurub. Katalonlardan isə Rodriges Alvarez Sezar 14 dəfə "Real"ın qapısına yol tapıb. Derbinin əsas ulduzlarından olan argentinalı Lionel Messinin hesabında "Real"a 7 qol var. Yeri gəlmişkən, 2-ci mövsümdür “El Klassiko”nun iştirakçısı olan "Real"ın portuqaliyalı ulduzu Kriştuanu Ronaldo hələ "Barselona"nı məyus edə bilməyib.
Mehman SÜLEYMANOV

0
0