“Arda və sevgilisi Devid - Viktoriya Bekhem cütünə çox bənzəyir” - FOTO
16.04.2011 - 12:41
Jurnalistlər “Qalatasaray” klubunun kapitanı Arda Turanı rahat buraxmır. Apasport.az saytının məlumatına görə, son vaxtlar şəxsi həyatı ilə gündəmə gələn, zədə üzündən futbolu haqda danışılmayan Arda rahatsız olduğu üçün xaricə getməyi beyninə qoyub. Bu mənada 24 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda Madridin “Atletiko” klubuna keçəcəyi gözlənilir. Ancaq o, burada da rahat buraxılmayacaq. Belə ki, İspaniya mətbuatı Arda sevgilisi Sinem Kobralla münasibətləri haqda xəbərlər yaymağa başlayıb. Türkiyə mətbuatında iki sevgili ilə bağlı çıxan xəbərləri xatırladan qəzetlərdə “Arda sevgilisi Sinemlə Devid - Viktoriya Bekhem cütünə çox bəznəyir” şərhləri verilib. İspan həmkarlarının fikrincə, Turan “Atletiko”ya gözləniləni verməzsə, İspaniyada da şəxsi həyatının qurdalanacağını bilməlidir.
0
0