Ramiz Məmmədov üçün uğurlu həftə
16.04.2011 - 16:40
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu çempionatda qələbəsizlik seriyasını 5-ci oyunda qırdı. Apasport.az saytının məlumatına görə, 2-ci turdan bu yana qalib gələ bilməyən komanda buna bu gün “İrtış”la ev matçında son qoydu – 1:0. “Atırau” qələbə topunu sona 4 dəqiqə qalmış vurmağa müvəffəq olub. Əslində Məmmədovun aprelin 13-də kubokda da qalib gəldiyini (2:0) nəzərə alsaq, bu həftəni aktivinə yazmaq olar. “Atırau” 7 oyundan sonra 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Məmmədovun komandası növbəti turda aprelin 23-də səfərdə “Tobol”la görüşəcək. Maraqlıdır ki, bu komandalar ölkə kubokunun 1/8 final mərhələsində də rəqibdirlər. Özü də həmin görüşün aprelin 20-də olacağını nəzərə alsaq, “Atırau” gələn həftə 3 gündə 2 dəfə son çempionun qonağı olacaq.

0
0