Naci Şensoyun klassik məğlubiyyəti
16.04.2011 - 18:14
Naci Şensoyun klassik məğlubiyyəti
“Klassik bir oyunun şahidi olduq. Hər iki komanda ikinci “altılıq"da da zövqlü oyunların ola biləcəyini göstərdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan”ın baş məşqçisi Naci Şensoy deyib.

Premyer Liqanın XXVII turunun “Muğan”la oyunundan sonra fikirlərini bildirinə türkiyəli çalışdırıcı rəqibi tərifləməklə yanaşı, komandasındakı çatışmazlıqlardan danışıb: “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm, yaxşı komandadır, xətlərarası əlaqə yaxşı səviyyədədir. Bu gün əsas heyətimizin üç futbolçusu zədə səbəbindən oyunda iştirak etmirdi. İlk qolu biz vurduq, lakin hesab bərabərləşəndən sonra "Muğan" daha yaxşı oynadı və ikinci qolu vura bildi. İkinci hissədə üstünlük biz tərəfdə idi. Bu gün ən azı heç-heçəyə layiq idik. Qarşıdakı 5 oyunda daha yaxşı nəticə qazanmalıyıq”.

Qeyd edək ki, “Turan” “Muğan”la oyunda məğlub olub – 1:2.