“Hər oyuna eyni motivasiya ilə çıxırıq”
16.04.2011 - 18:17
“Hər oyuna eyni motivasiya ilə çıxırıq”
“Muğan” klubunun baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın XXVII turunun “Turan”la oyunu (2:1) barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Salyan təmsilçisinin çalışdırıcı bildirib ki, qarşıdakı oyunlarda gənc futbolçulara şans verəcək: “Turan"la oyunumuz maraqlı alındı. Rəqibin AZAL-la oyununu izləmişdim, lakin bugünkü taktika fərqli idi. İlk qolu buraxdıqdan sonra komanda oyunda dəyişiklik edə bildi, qalib gəldik. Hər oyuna eyni motivasiya ilə çıxırıq, "Muğan"ın adı üçün oynayırıq”.