“Onlar Azərbaycana pul qazanmağa gedirlər”
16.04.2011 - 23:03
Futbol üzrə Litva yığmasının baş məşqçisi Raymondas Jutautasın apasport.az saytına eksklüziv müsahibəsi
- Söhbətimizə Bakının “İnter” klubunun hücumçusu Robertas Poşkusu Litva yığmasından kənarlaşdırmağınızdan başlayaq...
- Bu, İspaniya ilə oyun öncəsi olmuşdu. Hazırlıq vəziyyətindən narazı idim. İndi çempionatda bir neçə qol vurub. Artıq heç bir problem yoxdur. Poşkusu növbəti oyuna çağıracağam.
- Azərbaycan çempionatında başqa litvalı futbolçular – Qvidas Yuşka və Paulius Qribauskas da oynayır. Ümumiyyətlə, Qafqazdakı həmyerlilərinizin futbol həyatını izləyirsiniz?
- Qribauskas hələ zədədən sonra bərpa olunmayıb. Yuşka isə son vaxtlar geriləyib, qol vurmur. Bəli, izləyirəm, məşqçilərlə danışıram. Mənə hər şey haqda məlumat verən dostlarım var.
- Gəlin, açıq danışaq: litvalı futbolçular Azərbaycana səviyyələrini artırmağa, yoxsa yaxşı pul qazanmağa gedirlər?
- Fikrimcə, hər ikisinə görə. Maddi tərəfdən yaxşı qazanmaq olar. Axı onlar Litvada belə pullar almırlar. Bir də Azərbaycan çempionatının səviyyəsi Litvadan yüksəkdir.
- Litva yığmasının futbolçuları İspaniya, İtaliya, Türkiyə, Yunanıstan, Rusiya, Ukrayna, Polşa, Şotlandiya, İsrail çempionatında oynayırlar. Azərbaycanda olan legionerlərə diqqət yetirməyə dəyər?
- Əgər İspaniyada çox futbol oynasaydı, hə. Ancaq mənin seçimim kiçikdir. Bütün futbolçuları cəlb etmək lazımdır. Baxın Qazaxıstanda bir litvalı futbolçu var (Gedeminas Viçyus nəzərdə tutulur – R.M) Mənə onun haqda danışmağa başladılar ki, daim 90 dəqiqə oynayır. Ona təlim-məşq toplanışında baxacağam. Buna görə mənim üçün hansı çempionatın olmasının fərqi yoxdur. Ehtiyatda oturmaqdansa, oynamaq yaxşıdır.
- Bəs Azərbaycan yığmasını izləyirsiniz?
- Əsas komandanı əlbəttə, amma gənclər yığmasının nəticələrini elə də yox. Son oyunu Rusiyaya uduzmusunuz – 0:8. Hərçənd, əsas yığma da nəticələrlə parlamır. Ancaq komandanız seçmə mərhələdə çox çətin qrupa düşüb. Almaniya, Türkiyə, Belçika, Avstriya...
- Berti Foqtsun yetirmələri ilə oynamaq istərdiniz?
- Niyə də yox? Bundan imtina etməzdim. Düzdür, növbəti rəqiblərimizə yaxın komandaları seçirik. İyunun 7-də səfərdə Norveç yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Hər halda, onlar oyununa görə şotlandlara yaxındır.
- Azərbaycanda futbolu çox sevirlər, yaxşı maddi imkanlar var, ancaq Litvada hər şey əksinədir.
- Bu, doğrudur.
- Ancaq yığmanızın nəticələri uzun illərdir Azərbaycandan yaxşıdır. Yığmanız İspaniya ilə hər iki oyunda qol vura bilir, biz isə onlardan 6 top buraxırıq. Litva səfərdə Rumıniyanı darmadağın edə, Praqada Çexiyanı məyus edə bilir. Azərbaycan isə seçmə mərhələdə 5 xaldan çox yığa bilmir. Bunu necə izah edə bilərsiniz?
- Mənə bunu demək çətindir. Azərbaycanlı futbolçuları elə də yaxşı tanımıram. Əgər Azərbaycanda məşqçi olsaydım, bu suala ətraflı cavab verə bilərdim. Ancaq bildiyimizə görə, legionerlərin səviyyəsi yerli futbolçulardan yüksəkdir. Məncə, azərbaycanlı futbolçular klublarında az oynayır. Orada legionerlər hegemonluq edir, bu isə yığma üçün çox pisdir. Bir də ki, xaricdə oynayan azərbaycanlılar var? Litvada 5 legionerdən artıq oynamır. Bu, yerli futbolçuların səviyyəsinin qalxmasına kömək edir. Öz futbolçuları oyun praktikasız qala bilməz. Axı əgər klublarda misal üçün, 7 azərbaycanlı oynasaydı, yaxşı olardı. Onda kiməsə, nəyəsə baxmağa imkan var.
- Deməli, litvalı həmkarlardan nəsə öyrəniləsi var?
- Bizdə çempionat həmişə zəif olub, ancaq yığmanı qurmaq mümkün olur. Litva 1998-ci il dünya çempionatının seçmə mərhələsində 17 xal yığdı. Fransadakı mundiala getmək üçün 1 xal çatmadı. 10 xaldan çox başqa vaxt da olub.
- Yerli məşqçi əcnəbidən yaxşıdır?
- Berti Foqtsun Azərbaycanda necə işlədiyini bilmirəm. O, çempionatı diqqətlə izləyir?
- Qismən. Həmişə yox...
- Əslində isə diqqətlə izləmək lazımdır. Hər şeyi eşitməklə, öyrənmək – bu, hələ heç nə demək deyil. Özün futbolçuları görməlisən, kim yaxşıdır, nə ilə seçilir. Azərbaycan – İspaniya və Fransa deyil ki, futbolçular seçimin böyük olsun. Fərqi yoxdur, kim oynayacaq, kim gələcək. Belə yığmalarda futbolçular oyun praktikasına malikdirlər və yüksək səviyyədədirlər.
- Yeri gəlmişkən, siz futbolçu olan vaxtda Vladiqafqazın “Alaniya” klubunda oynamısınız. Həmin vaxt Nazim Süleymanovla görüşə bildiniz?
- Düzü, mən ora gələndə Süleymanov klubu tərk edirdi. Biz komandanın oyunlarının videoyazılarına baxdıq. Onu deyə bilərəm ki, Nazim əla futbolçu olub, əla oynayırdı, vururdu. Bəs indi nə işlə məşğuldur?
- AZAL klubunu çalışdırır ki, komanda indi Premyer Liqada 4-cü yeri tutur...
- Yaxşı ki, işləyir. Ola bilər ki, Azərbaycan futbolunu yaxşılığa doğru dəyişmək ona müvəffəq olacaq.
- Ancaq “İnter”i çalışdıran Kaxaber Sxadadze ilə bir yerdə oynamağa imkan tapmısınız...
- Deyəsən, bir, yaxud il yarım. O da yaxşı futbolçu olub.
- Siz bilirsiniz ki, o, Azərbaycanda özünü qalmaqallı məşqçi kimi özünü tanıdıb?
- Belə baxanda, normal insan idi, prinsipləri yox idi. İndi necə olduğunu bilmirəm. Ola bilər ki, iş üslubu belədir.
Rüstəm MİKAYILLI
VİLNÜS

0
0