Mirça Rednik: Nə oyundan, nə də futbolçulardan razı qaldım
16.04.2011 - 20:53
Mirça Rednik: Nə oyundan, nə də futbolçulardan razı qaldım
“Nəticə məni qane etmədi. Artıq 5 oyundur ki, qalib gələ bilmirik. Bu gün qələbə üçün meydana çıxmışdıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Premyer Liqanın XXVII turunda “İnter”lə öz meydanında heç-heçə (1:1) edən “ağ-yaşıllar”ın rumıniyalı çalışdırıcı oyunla bağlı fikirlərini açıqlayıb: “Rəqibin taktikası bizə istədiyimiz oyunu göstərməyə imkan vermədi. Bir səhv buraxdıq, "İnter" bundan lazımınca istifadə etdi. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Qarşıda 5 oyunumuz var, onlara hazırlaşacağıq. Bugünkü oyundan və oyunçularımdan razı qalmadım”.