“Qoy, bəzilərinin məkrli arzuları ürəyində qalsın”
16.04.2011 - 23:00
Premyer Liqanın XXVI turunda “Bakı”nı məğlub edən AZAL Premyer Liqanın final mərhələsində ən yaxşı göstəriciyə malik komanda oldu. “Təyyarəçilər” ilk 4 turda “altılıq”da hesabına 3-cü qələbəni yazdı ki, sonuncu uğurun Şüvəlan qəsəbəsindəki stadionun açılışına təsadüf etməsi bunun dəyərini artırır. Özü də AZAL hər 3 qələbəsini evdə, eyni hesabla qazanıb – 1:0.
Əslində, komandanın hələ “Olimpik” adlanan vaxtdan tarixinə nəzərə salsaq, ən çox qələbələri 1:0 hesablı olub. Yeri gəlmişkən, “təyyarəçilər” “altılıq”da yeganə məğlubiyyətini “Qarabağ”dan da elə eyni hesabla alıb. Əslində, “Turan” da AZAL kimi final mərhələsində 9 xal qazanıb və hesabında 3 qələbə, 1 məğlubiyyət var. Sadəcə, bakılılar tor fərqində (3-1) qərb təmsilçisini (3-2) üstələyir.
Maraqlısı odur ki, AZAL uzun müddət qələbəsizlik sindromu ilə üzləşmişdi. Komanda çempionatda 7 tur qalib gələ bilmirdi. Nəhayət, buna “altılığ”ın startında evdə “Xəzər Lənkəran”la oyunda son qoyuldu və hər şey yüksəlişə doğru getdi. AZAL-ın 3-cü pillədə gedən “Qarabağ”dan 5 xal geri qaldığını nəzərə alsaq, bürünc medal şansı da var.
Azərbaycan kubokunun qalibindən asılı olaraq, “təyyarəçilər” hazırda qərarlaşdığı 4-cü pillə ilə də Avroliqaya vəsiqə qazana bilər. AZAL-ın kubokda da mübarizəni davam etdirdiyini nəzərə alsaq, avrokuboklara çıxması yetərincə realdır.
“Qoy, bəzilərinin məkrli arzuları ürəyində qalsın”
Göründüyü kimi, hər şey sıfırdan başlasaydı, indi çox şey başqa cür olardı. Ötən mövsüm “qızıl xallar” nəzərə alınırdısa, indi komandaların ilk mərhələdə torladıqları xallar silinmədiyindən, mübarizə “altılıq”da əvvəlki axarı ilə davam edir. Şüvəlan təmsilçisinin prezidenti Vaqif Qasımov rəqiblərə özlərini qəbul etdirdiklərini bildirir:
- Elə bu yaxınlara qədər də çoxları deyirdi ki, AZAL ilk «altılıq»da yer almayacaq. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Ən əsası, özümüzə gəldik və bu gün «altılığ»ın ən yaxşı iştirakçısı olmuşuq. İlk üç yerdən birini tutmaq iddiasındayıq. Əmin olun ki, ona doğru da gedəcəyik. Avropaya çıxmasaq, «altılıq»da olduq, ya olmadıq – fərqi olmur. Hər oyuna xüsusi hazırlaşmaq lazımdır, burda zəif rəqib olmur. 6 oyunda da belə davam edib, üç yerdən birini tutacağıq. Birinci yerdən danışıb özümüzü aldatmaqdansa, Avropaya getmək üçün mübarizə aparmalıyıq.
“Neftçi” udsa da, irad bildirmərəm”
«Təyyarəçilər»in «Neftçi» ilə ilk 2 qarşılaşması gərgin keçməklə yanaşı, müxtəlif qalmaqallarla yadda qalıb. Tofiq Bəhramov adına stadionda keçirilən ilk görüşdə Əfqan Həmzəyevin birtərəfli hakimliyini qeyd edən şüvəlanlılar matçın protokolunda referinin 32 səhv qərarını qeyd etmişdilər. Elçin Məmmədov isə cavab matçında hər iki tərəfi özündən çıxardı. Bəs 3-cü qarşılaşmada nə baş verəcək?
- Çempionluqdan danışmıram. Nələr olur görürsüz, nə deyim artıq... Gətirin, boş sənəd qoyun qabağıma, bu gün qol çəkim ki, çempion «Neftçi» olacaq. Başqa heç bir variant görmürəm. «Neftçi» «Xəzər Lənkəran»dan 5, «Qarabağ»dan 6 xal qabaqdadır. «Neftçi» imkan verməz ki, başqaları gəlib ona çatsın. Komandaları yaxşıdır, güclü oyunçuları var. Gərək bir neçə oyunu uduzsunlar ki, onları keçən olsun. Gəlin, düzünü danışaq: bu, mümkündür? Yüz faiz deyirəm ki, yox! Hakimliyə gəlincə, ötən oyunlarımızdan danışmaqdan yorulmuşam. Kimi təyin edəcəklərini bilmirəm. Kim olursa-olsun, vicdanının səsinə qulaq assın. AZAL qələbə qazanmağa çalışacaq – hər oyuna bu niyyətlə çıxdığımız kimi. Düzgün hakimlik eləsinlər, «Neftçi» udsa belə, onlara bir irad bildirmərəm.
“Bütün müqavilələr 3 dildədir”
Klubda maliyyə vəziyyətinin yaxşı olmadığı, maaş və mükafatların kəsilməsi barədə yayılan şayiələri qətiyyətlə təkzib edən Qasımov, bunları AZAL-ı istəməyən qüvvələrin dövriyyəyə buraxdığını düşünür:
- Futbolçulardan biri desə ki, mükafatları kəsilir, mən geri çəkilərəm. Maaşı vaxtında alırlar. Bizdə bütün müqavilələr 3 dildədir: Azərbaycan, rus və ingilis dillərində yazılır ki, legionerlər də hansı şərtlərə qol çəkdiklərini bilsinlər. Bəzən olub ki, mükafat deyiləndən də artıqlamasıyla ödənilib. Bu xəbərləri kimlərin yaymasından xəbərdaram.

0
0