Messi İspaniya çempionatlarının tarixinə düşdü
17.04.2011 - 12:31
İspaniya çempionatının “Real” - “Barselona” oyunu Lionel Messinin növbəti rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, barselonalıların yeganə qolunun müəllifi olan argentinalı cari mövsüm Primerada 30-cu dəfə fərqlənib.
Bununla, Messi İspaniya çempionatları tarixinə düşüb. O, ardıcıl 2 mövsüm 30 qol həddinə çatan ilk futbolçu olub. Belə ki, La Liqa tarixində heç kim ardıcıl 2 dəfə belə məhuldarlıq göstərməmişdi.
Qeyd edək ki, Messi “Real”la görüşün (1:1) 53-cü dəqiqəsində penaltidən fərqlənib.

0
0