Mahmud Qurbanov çempionatda 400-cü oyunu keçirdi
17.04.2011 - 12:42
Mahmud Qurbanov çempionatda 400-cü oyunu keçirdi
Azərbaycan Premyer Liqasının XXVII turu “Bakı”nın futbolçusu Mahmud Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, son 3 turda meydana çıxmayan 38 yaşlı yarımmüdafiəçi “Qarabağ”la qarşılaşmanın 77-ci dəqiqəsində komanda yoldaşını əvəzləməklə yubiley qeyd edib. Belə ki, Mahmud ölkə çempionatlarında 400-cü oyununu keçirib. XXIII turda 399-a çatan Qurbanov həmin vaxtdan bu yubileyi gözləyirdi.

Qeyd edək ki, yarımmüdafiəçi 400 oyun həddinə çatan ilk futbolçu kimi tarixəı düşdü.


mövsüm klub oyun qol
1992 Kəpəz 30 2
1993 Kəpəz 15 3
1993/94 Kəpəz 25 8
1994/95 Kəpəz 20 4
1995/96 Kəpəz 20 5
1996/97 Neftçi 23 3
1997/98 Kəpəz 24 4
1998/99 Kəpəz 34 6
1999/2000 Şəmkir 21 2
2000/01 Şəmkir 19 6
2001/02 Şəmkir 23 8
2003/04 Neftçi 4 1
2004/05 Neftçi 32 2
2005/06 Xəzər Lənkəran 25 2
2006/07 Xəzər Lənkəran 24 1
2007/08 İnter 23 4
2008/09 İnter 4 0
2008/09 Bakı 13 0
2009/10 Bakı 11 0
2010/11 Bakı 10 0
400 61