Mourinyo: “Barselona” dünyanın ən yaxşı komandasıdır
17.04.2011 - 13:00
La Liqanın XXXII turunda “Barselona” ilə bərabərliyə qalan “Real” klubunun baş məşqçisi Joze Mourinyo bildirib ki, komandasının azlıqda qalması onun planlarını pozub. Apasport.az saytının xəbərinə görə, görüşdən sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis rəqibi dünyanın ən yaxşı komandası adlandırıb: “11 nəfər oynayanda çox maraqlı, başa-baş mübarizə gedirdi. Topu özündə saxlamaqda, “Barselona” dünyanın ən yaxşısıdır. 10 nəfərlə qalanda isə, rəqibdən top almaq gücündə deyildik”.
Qeyd edək ki, “Barsa” ilə görüşün dəqiqəsində “Real”ın heyətində Albiol 51-ci dəqiqədə meydandan qovulub. Oyun isə 1:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, “Barsa” ilə görüşün dəqiqəsində “Real”ın heyətində Albiol 51-ci dəqiqədə meydandan qovulub. Oyun isə 1:1 hesabı ilə nəticələnib.
0
0