Azərbaycan yığması italiyalılarla bacarmadı
17.04.2011 - 14:26
Azərbaycan yığması italiyalılarla bacarmadı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İtaliyada təlim-məşq toplanışında olan Vəli Qasımovun yetirmələri yerli “Renate” klubu ilə görüşüb. D seriyasının B qrupunda çıxış edən rəqiblə matç meydan sahiblərinin 2:0 hesabı ilə başa çatıb. “Mario Riboldi” stadionundakı qarşılaşmanın ikinci hissədə həll olunub. 66-cı dəqiqədə Ravazzi, 8 dəqiqə sonra Umuneqbu fərqləniblər.

Qeyd edək ki, yığmamız İtaliyadakı ilk oyununda D seriyasının digər klubu “Carpenedolo” ilə heç-heçə etmişdi – 1:1.