“Müqaviləsi başa çatan futbolçular özlərini göstərə bildilər”
17.04.2011 - 17:19
“Müqaviləsi başa çatan futbolçular özlərini göstərə bildilər”
"Komandadan razı qaldım, hesab da məni qane etdi. Bugünkü oyunda əsas heyətdən 7 futbolçumuz iştirak etmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunun “Simurq”la oyunu (3:0) haqda fikirlərini açıqlayıb: “Mövsüm sonunda müqaviləsi başa çatan futbolçulara özlərini göstərmək üçün şans verdim. Onlar da bacarıqlarını ortaya qoydular, özlərini yaxşı tərəfdən göstərə bildilər".

Mənbə: pfl.az