“Matça baxmayan elə düşünər ki, oyun tək qapıya gedib”
17.04.2011 - 17:24
“Matça baxmayan elə düşünər ki, oyun tək qapıya gedib”
"Qəbələ" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Çox maraqlı oyun oldu. Matça baxmayan elə düşünər ki, oyun tək qapıya gedib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Haciyevski deyib.

Makedoniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” ilə qarşılaşması (0:3) haqda fikirlərini açıqlayıb: “Lakin bu belə olmayıb. Hər iki komandanın kifayət qədər qol imkanı oldu. Biz bu imkanlardan istifadə edə bilmədik, lakin "Qəbələ" istifadə etdi, qalb gəldi. Əlimizdən gələni etdik, çox çalışdıq, lakin qalib gələ bilmədik".

Mənbə: pfl.az