“Onların son zamanlar yaxşı oyun göstərdiyini bilirdik”
17.04.2011 - 17:39
"Bu, "Gəncə"nin baş məşqçisi postunda 3-cü oyunum idi. Əvvəlki oyunlarda iki heç-heçə etmişdik. MOİK-lə oyunda mütləq qələbə qazanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.
O, “Gəncə” klubunun “sükanı arxasında” qazandığı ilk qələbə haqda fikirlərini açıqlayıb: “Buna nail olduq, futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. MOİK-in son zamanlar yaxşı oyun göstərdiyini bilirdik. Son turda səfərdə "Simurq"u məğlub etmişdilər. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, gəncəlilər XXVII turun oyununda MOİK-i səfərdə 2:0 hesabı ilə məğlub edib.
Mənbə: pfl.az

0
0