“Qəbələ” “Çelsi”ni qabaqladı
21.04.2011 - 15:23
Türkiyədə Beynəlxalq Kuşadası turnirində çıxışını davam etdirən “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsini uğurla adlayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, ilk oyun günündə 3 görüşdə 4 xal toplayan təmsilçimiz, ikinci günü maksimum nəticə ilə yekunlaşdırıb.
İlk matçında “Altay”la qarşılaşan “Qəbələ” Fərid Əsədlinin yeganə qolu sayəsində 3 xalı aktivinə yazıb. “Berlin Türkiyəmspor”la görüşdə də sevinən tərəf “Qəbələ” olub. Ülvi İskəndərov və Sahil Mirzəyevin qolları təmsilçimizə 2:0 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra “Qəbələ” 10 xalla qrupu lider kimi tamamlayıb. “Altay” 10 xalla qrupu ikinci, “Çelsi” 8 xalla 3-cü, “Berlin Türkiyəmspor” 6 xalla 4-cü, “Trabzonspor” 6 xalla 5-ci, “Adana Gənclərbirliyi” isə 1 xalla sonuncu yerdə bitirib.
Komandamız sabah digər qrupda 4-cü yeri tutmuş “Turqutluspor”la qarşılaşacaq.

- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0